Yaponiyada torpaq sürüşməsində 24 nəfər itkin düşüb
Yaponiyanın Atami şəhərində (Sidzuoka prefekturası) torpaq sürüşməsi nəticəsində 24 nəfər itkin düşmüş hesab olunur.
Bu barədə “zirvetv.az.

” ölkənin İctimai televiziyasına istinadən xəbər verir.
Daha əvvəl 64 nəfərin itkin düşdüyü bildirilirdi. İndiyədək xilasedicilər onlardan 40-nın yerini müəyyənləşdirə bilib.
Dağıntıların təmizlənməsi işləri üçüncü gündür ki, davam edir.
Şənbə günü səhər 37 min əhalisi olan Atami şəhərində torpaq sürüşməsi baş verib. Onun uzunluğu təxminən 2 km. təşkil edib. Bu günə qədər dörd nəfər həlak olub və iki nəfər yaralanıb, 19 nəfər dağıntılar altından xilas edilib, 130 evə və binalara ziyan dəyib.