52 yaşlı kişi dənizdə batdı

Sosial
4 Tem 2021
16:40
Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

"Zirvetv.az " FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1969-cu il təvəllüdlü Mansurov Amil Məhəmməd oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.