Xətai Park” kompleksində intihar - Özünü 14-cü mərtəbədən atdı

Sosial
3 Tem 2021
20:40
Bakının “Xətai Park” yaşayış kompleksində intihar hadisəsi baş verib.

“zirvetv.az ” xəbər verir ki, hadisə iyulun 2-si gecə saat 02 radələrində qeydə alınıb.

Gəncə prospektində yerləşən “Xətai Park” yaşayış kompleksindəki 18 mərtəbəli binanın 14-cü mərtəbəsinin eyvanından bir nəfər özünü atıb.

Onun Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Bağırov Azər İsrafil oğlu olduğu müəyyən edilib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır