Mətbuat prospektində qəza tıxac yaratdı

Sosial
1 Tem 2021
14:06
Mətbuat prospekti ilə Məmməd Rahim küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.

Onun bildirdiyinə görə, hadisə Mətbuat prospektində Ə.Haqverdiyev küçəsi ilə kəsişmədən M.Rahim küçəsi ilə kəsişməyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olub.