Sabahdan bu avtobuslar da kartla işləyəcək

Sosial
28 Haz 2021
14:20
Sabahdan etibarən 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st. - Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə zirvetv.az Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə bu marşrutların hərəkət sxemi üzrə qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb.