Neftçalada Silahlı Qüvvələr Günü qeyd olundu

Sosial
26 Haz 2021
21:10
Neftçala rayonunda 26 iyun Silahlı Qüvvələr Günü qeyd olunub.

"Zirvetv.az " xəbər verir ki, tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb, ehtiramla yad edilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ağsaqqallar iştirak edib.

Tədbirdə çıxış edən Mirhəsən Seyidov bildirib ki, güclü ordu müstəqilliyin, inkişafın və sabitliyin təminatıdır:

“"Hər bir dövlətin müstəqilliyinin rəmzi və təminatçısı onun silahlı qüvvələridir”, - deyən Ulu Öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və inkişafında əsas baza olub. Ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi, “1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzü ağ çıxa bildik. Məhz bu günki Zəfərin təməli, bax, o vaxt qoyulub”. Bu gün ölkə Prezidentinin Ümummilli Liderin yolunu uğurla davam etdirməsinin nəticəsidir ki, müstəqilliyimizin və dövlətçiliyimizin qarantı olan güclü ordumuz var".

Tədbirdə digər iştirakçılar da çıxış edib, 44 günlük Vətən Müharibəsində dövlətimizin gücü və qələbəsi ilə yekunlaşandan sonra ilk dəfə 26 İyun Silahlı Qüvvələr gününü alnıaçıq, üzüağ qeyd etdiyimiz vurğulanıb.

Tədbirin sonunda şəhidlərimizin medalları onların ailə üzvlərinə təqdim olunub və Vətən Müharibəsi zamanı fərqlənən 66 hərbi qulluqçu Prezident İlham Əliyevin imzaladağı müvafiq Sərəncamlara əsasən 66 medalla təltif olunublar.