İki yaşlı uşaq qaynar suda yandı
İki yaşlı uşağın üzərinə qaynar su tökülüb.
“zirvetv.az məlumatına görə, hadisə Balakən rayonunun Sarıbulaq kəndində baş verib.
Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü Mehdiyev Ömər Bəhruz oğlu üzərinə qaynar su tökülməsi nəticəsində yanıb.
Bədbəxt hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan Ömər Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Müalicəsi reanimasiya şöbəsində aparılan xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.