62 yaşlı kişini maşın vurdu

Sosial
26 Haz 2021
07:06
Zaqatalada 62 yaşlı kişini maşın vurub.

“zirvetv.azin ” məlumatına görə, hadisə rayonun Azərbaycan prospektində baş verib.

Belə ki, rayonun Qımır kənd sakini, 1959-cu il təvəllüdlü Hsənov Osman Məhəmməd oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vur
Qəza zamanı baş-beyin silkələnməsi və kəllənin çoxsaylı açıq yaraları xəsarətləri alan Osman Həsənov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.