Bu gün peyvənd olunanların sayı açıqlandı

Sosial
23 Haz 2021
18:46
Bu gün Azərbaycanda koronavirus əleyhinə 47 824 vaksin vurulub.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 25 682, ikinci mərhələ üzrə 22 142 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 3 080 340, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 997 612, ikinci mərhələ üzrə isə 1 082 728 nəfər təşkil edir.