Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət
Bu gün Azərbaycanda koronavirus əleyhinə 40 709 vaksin vurulub.
“zirvetv.az ” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Birinci mərhələdə peyvənd olunanların sayı 22 837, ikinci mərhələ üzrə 17 872 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 2 956 663, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 931 642, ikinci mərhələ üzrə isə 1 025 021 nəfər təşkil edir.