Şəhid Cəfər Babacəfər oğlu
Ölümü ölümsüz edən şəhid Cəfərimiz!Şəhid Cəfər Babacəfər oğlu.Dünyaya gəlişi 11 dekabr 1999 cu il torpağlarımızın bir hissəsini düşmən əlində əsir olduğu illər.Heç də uğurlu illər deyildir.Bu uğursuz illərdə kiçik Cəfər öz uğurlu uşaq illərini yaşadı.15 sentyabr 2006 ci ildə Avun kənd əsas məktəbinin 1 ci sinifinə daxil oldu.Məktəbə ilk müəllimi Babacəfər müəllim əlindən tutub apardı.Hərəkətləri qeyri -adi bir çeviklik var idi.Özünəməxsus uşaq şirinliyinə görə sevimli şagirdlərdən biri idi.2016 ci ildə Şəhid Vüqar Bəndəliyev adına Urakərən tam orta məktəbini bitirdi.2018 ci ildə kişilik məktəbi sayılan hərbi xidmətə yollandı və xidməti borcunu layiqincə başa vurdu.Ancaq vətənə olan məhəbbəti ,düşmən nifrəti ,kafir ermənilərdən qisas hisslər artıq göyərib boy atmışdı.Qərarı qəti idi -XTQ nin tərkibində işləməyə qərar vermişdi.Qərarını reallaşdırdı ,xidmətə başladı və müharibənin ilk günündən döyüşə-odun alovun içinə atıldı.Bu boy buxunlu ucaboy oğlan döyüşə -döyüşə Şuşa Murov zirvələrinə qədər getdi,düşməndən qisası aldı və Xocavənddə şəhid lik zirvəsinə ucaldı.Bu ucalığı xalqının qürur boynu da ucaltdı.Bu cəsarətinə görə Cəsur döyüşçü,Vətən uğrunda,Bayraq ayrı-ayrı rayonların alınmasına görə orden və medallarla təltif olundu.Yeni təltiflərin verilməsi haqqında məlumat alınıb.Bütün bunlar qəhraman Cəfərin böyük hünərinin qazancıdır.Bəli ,şəhidlərimizin yeni bir tarix yazdılar.Bu tarixin adı "Zəfər tarixi" oldu.
Öğul ,tarix dərsi elə dərsdir ki,
Hakim də ,məhkum da öyrənir onu,
Tarixin bir fəsli sənə bəsdir ki,
Bilsəm bir əsrin nə olduğunu!
Bu müharibə həm də xalqımızın hansı gücə malik olduğunu da bildirdi.