Dünyada koronavirusla bağlı son vəziyyət

Sosial
3 Haz 2021
14:24
Dünyada son bir gündə koronavirusa 371 mindən çox yoluxma qeydə alınıb. “zirvetv.az ” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 371 489 hal qeydə alınıb, COVID-19-dan 8 745 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 170 812 850, ölüm hallarının sayı 3 557 586 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 942 677 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (28 307 832) və Braziliya (16 545 554) gəlir.