Londonda Azərbaycanla bağlı bilbordlar quraşdırılıb

Sosial
30 May 2021
18:06
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup" və Britaniya Azərbaycanlıları Assosiasiyanın birgə təşkilatçılığı ilə İngiltərənin paytaxtı London şəhərində 28 may – Respublika Gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib.

Komitədən "zirvetv.az verilən məlumata görə, lövhələrdə 28 may tarixinin Azərbaycanın Respublika Günü kimi qeyd edildiyinə, ölkəmizin Şərqdə ilk demokratik respublika yaratdığına diqqət cəlb edilib. Lövhələrdə məlumatlar Bakı şəhərinin və üçrəngli dövlət bayrağının təsviri fonunda yerləşdirilib.