Maşın sürüyə çırpıldı, 30-dan çox qoyun tələf oldu

Sosial
30 May 2021
14:15
Minik avtomobili yaylağa köç edən qoyun sürüsünü vurub.

"Zirvetv.az məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Qəza
nəticəsində 30 başdan çox qoyun tələf olub. Qəza zamanı minik avtomobilinə ziyan dəysə də, sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.