Kolumbiyada ard-arda rekord göstərici

Sosial
28 May 2021
08:16
Kolumbiyada artıq iki gündür koronavirusa yoluxanların sayında rekord göstəricilər qeydə alınır.

“zirvetv.az ” TASS-a istinadən xəbər verir ki, son 24 saat ərzində ölkədə koronavirusa 25 092 yoluxma halı qeydə alınıb. Daha əvvəlki anti-rekord isə (23 487 hal) çərşənbə günü olub.

Mayın 27-də 22 425 pasiyent sağalıb, 513 xəstə dünyasını dəyişir

Nəticədə koronavirusdan sağalanarın sayı 3 101 390, yoluxanların sayı 3 319 193, ölənlərin sayı isə 86 693 təşkil edib.

Qeyd edək ki, Kolumbiyada koronavirusa ilk yoluxma halı 2020-ci il martın 26-da aşkar olunub.