Dünyada koronavirusla bağlı son vəziyyət

Sosial
21 May 2021
08:41
Dünyada son bir gündə koronavirusa 638 mindən çox yoluxma qeydə alınıb.

Bu barədə “zirvetv.az Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 638 247 hal qeydə alınıb, COVID-19-dan 13 247 pasiyent ölüb.

Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 164 523 894, ölüm hallarının sayı 3 412 032 təşkil edir.