Bu gün Azərbaycanda koronavirus əleyhinə 28 411 vaksin vurulub.
“zirvetv.az ” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb
Birinci mərhələdə peyvənd olunanların sayı 14 079, ikinci mərhələ üzrə 14 332 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 891 703, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 068 493, ikinci mərhələ üzrə isə 823 210 nəfər təşkil edir.