Bu gündən “Sputnik V” vaksininin tətbiqinə başlanılır

Sosial
19 May 2021
13:07
Bu gündən Azərbaycanda “Sputnik V” vaksininin tətbiqinə başlanılır. Vaksin 18 yaşdan yuxarı şəxslərə əks göstərişlər olmadıqda vurulur”.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin rəhbəri Asiman Həsənov bildirib.





Onun sözlərinə görə, bu peyvəndlə bağlı xüsusi zonalar ayrılıb. İlkin mərhələdə vətəndaşlar qeydiyyata alınır. Onların son 6 ayda “COVID-19” infeksiyasına yoluxub-yoluxmadığı araşdırılır və ondan sonra vaksin olunurlar.