Dünyada koronavirusla bağlı son vəziyyət

Sosial
17 May 2021
06:40
Dünyada son bir gündə koronavirusa 658 mindən çox yoluxma qeydə alınıb. “zirvetv.az ” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 658 585 hal qeydə alınıb, COVID-19-dan 12 034 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 162 177 376, ölüm hallarının sayı 3 364 178 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 574 504 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (24 684 077) və Braziliya (15 519 525) gəlir.