Cəlilabadda ağır qəza, sürücünün qızı öldü - Yenilənib

Sosial
14 May 2021
07:43
Cəlilabadda ağır avtomobil qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.

Hərəkətdə olan "Nissan" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb. Həmçinin ölən şəxsin sürücünün azyaşlı övladı olması bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

"Zirvetv.az_in məlumatına görə, bu sürücünün övladı Qasımzadə Ruqiyyə Məhəmməd qızıdır.

Qəzada yüngül xəsarət alan digər sərnişin isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.