Dünyada son sutkada koronavirusa 763 mindən çox yoluxma

Sosial
29 Nis 2021
08:52
Dünyada son bir gündə koronavirusa 763 mindən çox yoluxma qeydə alınıb. “zirvetv.az ” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 763 656 hal qeydə alınıb, COVID-19-dan 12 260 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 148 329 348, ölüm hallarının sayı 3 128 962 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 31 783 375 nəfər virusa yoluxub. Daha sonra Hindistan (17 997 267) və Braziliya (14 369 423) gəlir.