Dünyada koronavirusla bağlı son vəziyyət

Sosial
28 Nis 2021
07:34
Dünyada son bir gündə koronavirusa 657 mindən çox yoluxma qeydə alınıb. “zirvetv.az "xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 657 510 hal qeydə alınıb, COVID-19-dan 11 152 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 147 539 302, ölüm hallarının sayı 3 116 444 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 31 742 914 nəfər virusa yoluxub. Daha sonra Hindistan (17 636 307) və Braziliya (14 340 787) gəlir.