Dünyada koronavirusla bağlı son vəziyyət

Sosial
24 Nis 2021
08:49
Dünyada son bir gündə koronavirusa 894 mindən çox yoluxma qeydə alınıb. “zirvetv.az " xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 894 043 hal qeydə alınıb, COVID-19-dan 14 151 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 144 358 956, ölüm hallarının sayı 3 066 113 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 31 530 214 nəfər virusa yoluxub. Daha sonra Hindistan (16 263 695) və Braziliya (14 122 795) gəlir.