Dünyada koronavirusla bağlı son vəziyyət

Sosial
20 Nis 2021
08:21
Dünyada son bir gündə koronavirusa 724 mindən çox yoluxma qeydə alınıb. “zirvetv.az ” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 724 720 hal qeydə alınıb, COVID-19-dan 10 955 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 141 057 106, ölüm hallarının sayı 3 015 043 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 31 311 941 nəfər virusa yoluxub. Daha sonra Hindistan (15 061 919) və Braziliya (13 900 091) gəlir.