Vətən müharibəsi şəhidi məzarı başında anıldı

Sosial
17 Nis 2021
00:19
Bu gün Vətən Müharibəsi şəhid olan kapitan Həsənov Əsəd Fərhad oğlunun doğum günüdür.

"Zirvetv.az " xəbər verir ki, bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin qohumları, yaxınları və rayon ictimaiyyəti şəhidimizin məzarını ziyarət edib. Burada şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin müəllimləri və şagirdləri də iştirak ediblər. Məktəblilər vətənpərvər şeirlər söyləyib.

Qeyd edək ki, 1988-ci ilin aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində anadan olan Əsəd Həsənov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Kapitan Əsəd Həsənov Ağdamda yerləşən N saylı hərbi hissənin Qərargah rəisi olub. O, oktyabrın 1-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə 32 yaşında şəhidlik zirvəsinə ucalıb.