İnstaqramın işində problem yaranıb

Sosial
13 Nis 2021
09:23
Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

“zirvetv.az ” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti bildirir.

Sosial şəbəkənin işindəki nasazlıqlardan ən çox ABŞ, Böyük Britaniya, Kanada, Braziliya və s. ölkələrdən olan istifadəçilər şikayət edirlər.

Xidmətin məlumatına görə, şikayətlərin əksəriyyəti xəbər lentinin yüklənməməsi, hesablara daxil olma və hekayələrin açılmaması ilə bağlıdır.