18 yaşlı qız su kanalında batdı

Sosial
13 Nis 2021
09:03
Taxtakörpü-Ceyranbatan su kanalında gənc qız batıb.

Bu barədə "zirvetv.az " Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.


Nazirliyin "112" qaynar telefon xəttinə su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Xalıqova Aysel Aydın qızının batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A. Xalıqovanın meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.