Evdən çıxan “COVID-19” xəstələri belə saxlanıldı

Sosial
10 Nis 2021
13:57
Sumqayıtda yaşayış yerini tərk edən 3 koronavirus xəstəsi barədə cinayət işi başlanılıb.

DİN Mətbuat xidmətindən “zirvetv.az "verilən məlumata görə, aprelin 9-da şəhər ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib. Onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

Həmin şəxslərdən 3-cü barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Digər 3 nəfər barəsində isə istintaq araşdırmaları davam etdirilir.