Qardaş-bacı Kürdə batdı Qardaş-bacı Kürdə batdı

Sosial
10 Nis 2021
06:51
Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində iki nəfər batıb.

“zirvetv.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.



Bildirilib ki, 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlu çayda batıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.