Son sutkada nə qədər adam yoluxub?

Sosial
9 Nis 2021
19:28
Azərbaycanda bu gün koronavirus infeksiyasına 2206 yeni yoluxma faktı qeydə alınıb, 1578 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“zirvetv.az " xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 35 nəfər COVID-19-dan vəfat edib.