Özünü Kürə atdı, xilas edildi

Sosial
9 Nis 2021
10:02
Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfər özünü suya atıb.

“Zirvetv.az ” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.



Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.