Bakıda yol çökdü -

Sosial
9 Nis 2021
10:01
Bakının Nizami rayonunda yolun ortasında çöküntü olub.

“Zirvetv.az ” xəbər verir ki, hadisə aprelin 8-i gecə saatlarında Qara Qarayev metrostansiyasının yaxınlığında, Əlif Hacıyev küçəsində baş verib.

Yolun asfalt örtüyü kanalizasiya kollektorunun üst hissəsində dairəvi formada çökərək çuxur əmələ gətirib.

“Azərsu” əməkdaşları tərəfindən yolda hərəkət dayandırılıb, hazırda çöküntünün səbəbini müəyyən etmək üçün araşdırma aparılır. Daha sonra təmir işləri görüləcək.