Türk Şurasının sammiti videokonfrans formatında keçiriləcək

Siyasət
23 Mrt 2021
11:54
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də Türküstan şəhərində keçirilməsi nəzərdə tutulan qeyri-formal sammitinin videokonfrans formatında təşkil olunması qərara alınıb.

Zirvetv.az bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

XİN bildirir ki, qərar epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub: "Bu qərar barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə rəsmi bildiriş göndərilib".

Qeyd edək ki, zirvə görüşündə Türk Şurasına üzv dövlətlərin başçıları və təşkilatda müşahidəçi olan Macarıstanın Baş nazirinin iştirak edəcəyi gözlənilir.