Şabranda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Siyasət
11 May 2023
13:28


Şabran rayonunda müasir Azərbaycan dövlətinin banisi,
dünya şöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.

"ZirveTv.az" xəbər verir ki, tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatların təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər.

Tədbirdə əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İcra başçısı Asif Hüseynov Ulu Öndərin həyatı, siyasi fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib.

Konfransın sonunda H.Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, axşam saatlarında Ulu Öndərin 100 illik yubileyinə həsr olunan konsert proqramı keçiriləcək və atəşfəşanlıq olacaq.