Şabranda Heydər Əliyevin 100 İlliyinə həsr olunan rəsm sərgisi keçirilib

Siyasət
8 May 2023
11:05


Şabran rayonunda "Heydər Əliyev gənc istedadların gözü ilə" adlı sərgi keçirilib.

"ZirveTv" xəbər verir ki, rayonu ümumtəhsil məktəbləri şagidlərinin əl işləri nümayiş etdirilən sərgi rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən maraqla qarşılanıb.



Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub.



Uşaqlarla bağlı dövlət siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, bütün uşaqların sevimlisi Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi layihələr dövlət uşaq siyasətinin rellaşdırılmasında müstəsna rol oynayır.



Daha sonra tədbirdə həmçinin məktəblilərin ifasında Ulu öndərə həsr olunan şeir və mahnılar səsləndirildi.



Sonda isə sərgidə nümaiş olunan ən yaxşı əl işlərinin müəllifləri fəxri fərmanla təltif olundu.

Gül AsimanNur.