Qusarda Zərifə Əliyevanın 100 illiy yubleyi ilə bağlı konfrans keçirilib

Siyasət
28 Nis 2023
21:15



Qusarda Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar konfrans keçirilib.

"ZirveTv" xəbər verir ki, tədbir Qusar Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.
Tədbirdə Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin rəhbərliyi və kollektivi, YAP Qusar rayon təşkilatının kollektivi və Qusar Rayon İcra Hakimiyyəti Başçısının müavini iştirak ediblər.
İlk olaraq tədbir iştirakşıları 44 günlük vətən müharibəsində şəhid olan qəhrəmanların və Zərifə Əliyevanın stendi önünə tər güllər düzüblər.



Tədbirdə çıxış edən Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kamran Paşayev Zərifə Əliyevanın timsalında qadının zərifliyi ilə qüdrətinin birləşməsini, Azərbaycan qadınlarının ən yaxşı keyfiyyətlərinin unikal vəhdət təşkil etdiyini vurğuladı.
O, bildirdi ki, xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsinə Zərifə Əliyeva özünün əvəzsiz töhfələrini verib.



Azərbaycanın tanınmış simalarından olan, tibb tariximizdə silinməz iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işləridir. Qayğıkeş həkim Zərifə Əliyevanın həyat yolu nümunə göstərilə biləcək qədər mənalı, zəngin olub. Qaranlıq gözlərə nur paylayan, oftalmologiya elmində xüsusi dəst-xəti ilə iz qoyan akademik əməlləri ilə əbədiyaşarlıq qazanıb.



Daha sonra çıxış edən natiqlər qeyd ediblər ki, Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, işini mükəmməl bilən həkim idi. O, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, iki əsrlik münaqişəni və 30 illik savaşı cəmi 44 günə Zəfərlə bitirən, dünya miqyaslı siyasi lider olan, tarixin ən qüdrətli Azərbaycanını yaratmış Müzəffər Ali Baş Komandanı böyütmüş fədakar, qayğıkeş ana idi.
Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.



Qusar Rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Anjela Zalova "ZirveTv"nin yerli bürosuna bildirib ki, Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi yer tutur. Görkəmli alimin elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir. Zərifə xanım göz həkimi, oftalmoloq kimi insanların gözünün nurunun qorunmasına, onların dünya işığına həsrət qalmamasına yardımçı olmuşdur. O, bu sahənin görkəmli alimi kimi Azərbaycanda oftalmologiya elminin inkişafına mühüm töhfələr vermiş, traxoma xəstəliyi ilə mübarizənin önündə getmişdir. Əvəzsiz xidmətlərinə görə, Azərbaycan xalqı tərəfindən akademik Zərifə Əliyevanın xatirəsi hər zaman əziz tutulacaq.

Gül AsimanNur.