Gəncədə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fləşmob keçirilib

Siyasət / Bölgə
9 Nis 2023
17:17


Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fləşmob keçirilib.

"ZirveTv" -nin məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Gəncə şəhər Nizami bələdiyyəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində növbəti tədbir reallaşıb.

Belə ki, 2500 tələbənin iştirakı ilə fləşmob təşkil olunub. Fləşmob zamanı tələbələr "Gəncə şəhərinin Baş meydanında "Heydər Əliyev - 100" yazısını nümayiş etdiriblər.