Fransa KİV: Azərbaycan Qarabağı bərpa edir

Siyasət
25 Mrt 2023
07:30



Azərbaycanın işğaldan azad edilmiş əraziləri fəal şəkildə bərpa olunur. Hətta məcburi köçkünlər də “Böyük Qayıdış” proqramı çərçivəsində orada yaşamaq üçün ilk dəfə geri qayıda bildilər.

Zirvetv.az xəbər verir ki, bu barədə Fransanın “Arte” telekanalının reportajında qeyd edilib.

Bildirilib ki, Azərbaycan Qarabağın firavan gələcəyi naminə vaxtilə xarabalığa çevrilmiş ərazilərdə yollar, evlər, məktəblər tikir.

Telekanalın müxbirləri 44 günlük müharibənin başa çatmasından iki il sonra hazırda Qarabağda baş verənlər və işğaldan azad edilmiş ərazilərin necə bərpa olunduğu barədə süjet hazırlamaq üçün Azərbaycana səfər ediblər.