Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-ə etiraz edib.

Siyasət
20 Ara 2022
11:49
Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-ə etiraz edib.

Etiraz Azərbaycan XİN rəsmi tviter hesabında qeyd olunub.


Etirazda bildirilir ki, “Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adları ilə adlandırmasını qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”, - Azərbaycan XİN bildirib.

Qeyd edək ki, Estoniya XİN tviter hesabında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edib.