Ordumuz Xankəndiyə niyə girmədi? – Hacıyev açıqladı

Siyasət
27 Ağu 2022
17:39

Ordumuz Xankəndiyə niyə girmədi? – Hacıyev açıqladı
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan müharibə dövründə Xankəndiyə girməyə çox yaxın idi, ancaq biz bunu etmədik.

Zirvetv.az Unikal.org-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.

“Əlbəttə, hərbi cəhətdən çox çətin qərar idi, ancaq bu, bizim üçün həm də mənəvi məsələ idi. Biz Xankəndidə mülki əhalinin ölümünü görmək istəmədik. Bu, insani məsələ idi”, - Prezident köməkçisi vurğulayıb.

Hikmət Hacıyev bildirib ki, Qarabağ artıq Azərbaycanın xarici siyasət məsələsi deyil:

“Bu məsələ artıq həll olunub və ATƏT-in Minsk qrupu tarixin keçmişinə gömülüb. Bu məsələ bizim üçün artıq bitib, indi sivil əlaqələrin qurulmasını istəyirik”.