Putinin məsləhətçisinin qızının ölümündə Ukrayna günahlandırır

Siyasət
22 Ağu 2022
20:12
Rusiya təhlükəsizlik qüvvələri rus ideoloqu və Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinin ölümünü araşdırır.

Rusiya mediası ölümün avtomobilin partlaması nəticəsində baş verdiyini yazır.

Hadisə şahidlərinin sözlərinə görə, Daria Duqinin idarə etdiyi avtomobildə partlayış avtomobilin altında baş verib. Bundan sonra avtomobili alovlara bürünüb, o, yoldan çıxaraq magistral yolun yaxınlığındakı binaya çırpılıb.

UNİAN yazır ki, Rusiyada bəzi təbliğatçılar avtomobilin partladılmasında ukraynalı "millətçilər"i günahkar bilir və bununla bağlı fərziyyəni fəal şəkildə təbliğ edirlər.