Şuşa Beynəlxalq Media Forumu Azərbaycanda və xaricdə KİV-lər arasında əməkdaşlığın genişləndirilməsinə yardım edir

Siyasət
23 Tem 2022
12:49
Şuşada keçirilən Beynəlxalq Media Forumu həm Azərbaycanda, həm də xaricdə müxtəlif KİV-lər arasında əməkdaşlığın genişləndirilməsinə yardım edir.

Bunu zirvetv.az- a Serbiya Prezidentinin keçmiş müşaviri, ADA Universitetinin İnkişaf və Siyasət İnstitutunun tədqiqatlar və nəşrlər üzrə siyasətin təhlili departamentinin direktoru Damyan Krneviç Beynəlxalq Media Forumunun kuluarlarında deyib.

“Əminəm ki, Beynəlxalq Media Forumu təkcə gündəmdə olan müxtəlif qlobal problemlərin müzakirəsi və həlli yollarının tapılması məqsədi daşımır, həm də Azərbaycanda və xaricdə müxtəlif KİV-lər arasında əməkdaşlığın genişləndirilməsinə yardım edir”, - D.Krneviç bildirib.

Onun sözlərinə görə, Qarabağ müharibəsi ilə bağlı faktlar, problemin tarixi dünya mətbuatında yetərincə işıqlandırılmayıb.

"Prezident İlham Əliyevin siyasəti Azərbaycan mediasının dünya arenasına çıxmasına öz töhfəsini verir. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi kimi departamentlərin yaradılması onu göstərir ki, Azərbaycan hələ də problemi ciddi və hərtərəfli həll etməli, beynəlxalq media ilə əməkdaşlığı genişləndirməli olduğunu dərk edir. Bu mənada Medianın İnkişafı Agentliyinin yaradılması rəsmi Bakının Azərbaycanı və onun media mühitini dünya miqyasında tanıtmaq istəyindən xəbər verir", - ekspert bildirib.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal zirvetv.az , yeni çağırışlar” mövzusunda beynəlxalq media forumu keçirilib.

tədbir çərçivəsində “Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar”, “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı”, “Azərbaycan mətbuatında Şuşa izi” və “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” adlı panel iclasları keçirilib.

Forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər şəxslər, həmçinin xarici media təmsilçiləri iştirak ediblər