Heydər Əliyev dedi ki, mən o qalstukda deyildim”

Siyasət
11 May 2022
07:59
1993-cü ildə Ulu Öndər Prezidentliyə namizədlik verəndə onun portretlərini çəkmək lazım idi. Sırf təsadüf nəticəsində mənə müraciət olundu, mən də razılaşdım. Heydər Əliyev mənə 3-4 saat vaxt ayırdı, onun portretlərini çəkdik”.

“zirvetv.az” xəbər verir ki, bu sözləri 10 il Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin fotoqrafı işləmiş Rafiq Bağırov AzTv-də yayımlanan “Sonsuz sevgi və ehtiramla” sənədli filmində xatirələrini bölüşərkən bildirib.

“Gün təyin olundu, Heydər Əliyev bu şəkillərə baxmalı idi. Məndən əvvəl də bir-iki qrup onun şəkillərini çəkmişdi. Amma onlar Heydər Əliyevun xoşuna gəlməmişdi. Mənim çəkdiyim şəkillərin hamısına bir-bir baxdıqdan sonra yaxınlaşıb dedi ki, sən mənimlə işləyəcəksən. Bu o demək idi ki, şəkillər xoşuna gəlmişdi” – təcrübəli fotoqraf əlavə edib.

Rafiq Bağırov xatirələrini bölüşərkən onu da vurğulayıb ki, Ümummilli liderin çox güclü yaddaşıb olub:

“Bir gün mənə dedilər ki, Prezidentin Sarayda çıxışından şəkil lazımdır, Heydər Əliyev istəyir. Şəkillər bir-birinə qarışmışdı. Mən gördüm tapa bilmirəm, həmin zalda olan ayrı bir kadrı çap edib göndərdim. Bir də gördüm ki, köməkçisi zəng edib, deyir, Heydər Əliyev dedi ki, mən o qalstukda deyildim. Təsəvvür edirsiniz, üzərindən 6-7 ay keçmişdi, amma hansı qalstuku taxdığını yadından çıxarmamışdı”.

Qeyd edək ki, Rafiq Bağırov Ümummilli liderlə 1993-cü ildən 2003-cü ilədək işləyib