Belarusun ilk lideri vəfat etdi
Müstəqil Belarusun ilk lideri Stanislav Şuşkeviç Minskdə dünyasını dəyişib.
“zirvetv.az” “Deutsche Welle”ə istinadən xəbər verir ki, bu barədə məlumatı siyasətçinin həyat yoldaşı İrina yayıb.
Məlumata görə, koronavirusa yoluxduqdan sonra 88 yaşlı Şuşkeviçin səhhəti pisləşib və siyasətçi aprel ayında reanimasiyaya yerləşdirilib. Bir müddət burada müalicə alan Şuşkeviç daha sonra xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, Stanislav Şuşkeviç 1991-1994-cü illərdə Belarus Ali Sovetinə rəhbərlik edib.