Kimisə işdən çıxarmaq istəyəndə ərizə yazdırırlar ki, könüllü istefa ver”

Siyasət
26 Nis 2022
16:22
Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, ona ərizə yazdırırlar ki, könüllü istefa ver. Sağlamlıq durumuna görə işini tərk edir və digər həqiqəti əks etdirməyən səbəblər...”

“zirvetv.az ” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Razı Nurullayev bildirib.

O, bu praktikanı iki səbəbdən ziyanlı hesab etdiyini qeyd edib: “Birincisi bununla vətəndaşın əmək hüquqları pozulur, konkret olaraq onu təzyiq və təhdid altında ərizə yazmağa məcbur edirlər. İkincisi, belə çıxır ki, oğrunun, rüşvətxorun, dələduzun tərcümeyi-halını korlamaq istəmirlər və sabah da o gedib başqa yerdə daha gözəl işə düzəlir və dağıdıcı fəaliyyətini davam etdirir”.

Millət vəkili vurğulayıb ki, hər iki halda ziyan görən cəmiyyət və gələcəyimizdir: “Hər iki halda qanun pozulur, hər iki halda saxtakarlıq edilir. Bu praktika bütün dövlət orqanlarında və özəl sektorda baş verir. Bu praktikanın dayandırlmasını və qanunun tələb etdiyi şəkildə, zor və təzyiq, o cümlədən əsassız güzəşt olmadan həyata keçirilməsini istəyirəm”.