Ərdoğan da Şuşa Bəyannaməsini təsdiqlədi

Siyasət
23 Mrt 2022
10:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb.

“zirvetv.az ” xəbər verir ki, qərar bu gündən Türkiyədə qüvvəyə minib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev isə Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Qanunu bu ilin fevralın 12-də imzalayıb.