Qüsursuz bir idarəetmə mövcüddür Azərbaycan dövlət siyasətində. Müqəddəs insanlar nümunədir, nümunələr səhvsizdir

Siyasət
11 Mrt 2022
17:04
Bu Qüsursuz bir idarəetmə mövcüddür Azərbaycan dövlət siyasətində. Müqəddəs insanlar nümunədir, nümunələr səhvsizdir gün dünya liderləri Cənab Prezident İlham Əliyev haqqında fikirlər səsləndirəndə, ilk səsləndirdikləri fikir belə olur: İlham Əliyev kimi xalqını çox sevən, xalqına dəyər verən ikinci bir lider dünyada yoxdur.

Təbii ki, məhz dünya liderləri Prezident İlham Əliyevlə iş görüşmələrində, təkbətək dialoqlar zamanı, imzalanan bütün Bəyannamələrin, bütün bəndlərindəki şərtləri müəyyən edən zaman Prezident İlham Əliyevin öz xalqının maraqlarını necə üstün, necə uca tutduğuna şahid olduqları üçün bu fikirdədirlər. Dünya liderləri milyardlarla dünya əhalisinin önündə əsla yalan danışmağa məcbur ola bilməzlər. Onlar gördüklərini və şahid olduqlarını dilə gətirirlər. Prezident İlham Əliyevin imzaladığı Bəyannamələr bu günlə yanaşı 50 il sonraya hesablanmışdır.

Belə bir deyim var: "Səhvsiz insan yoxdur" biz dünya siyasətini izlədiyimiz zaman, dünya liderlərinin bəzən səhvə yol verdiklərinin şahidi oluruq, əslində nadir hallarda olarsa bu normal haldır. Ancaq mən əminliklə söyləyə bilərəm ki, Cənab Prezident İlham Əliyevin 19 illik fəaliyyətini yaxından izləyən hərkəs də açıq-aydın görə bilər ki, Prezident İlham Əliyevin bütün dediyi fikirlərlə atdığı addımlar üst-üstə düşübdür bu illər ərzində, qüsursuz bir idarəetmə mövcüddür Azərbaycan dövlət siyasətində.

Müzəffər Prezident İlham Əliyev Azərbaycan xalqı üçün insanlıq nümunəsidir, müqəddəs insanlar nümunədir, nümunələr səhvsizdir, onlarda yanlış ola bilməz. O üzdən "səhvsiz insan yoxdur" deyildiyi zaman mütləqdir ki, istisna hallar mövcüddür. Azərbaycan xalqı Allaha hər zaman şükr etməlidir ki, İlham Əliyev kimi mükəmməl insanı Tanrı Azərbaycan xalqına rəhbər olaraq seçilməsi üçün izin veribdir.

Hər bir Azərbaycan vətəndaşının ləyaqət borcudur ki, dünya nüfuzlu lider Prezident İlham Əliyev-ə daim sədaqətli olsun, ehtiram hissi duysun. Müzəffər Prezident İlham Əliyevin Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün elədikləri dastanlara sığmaz.

İşin xoşbəxt tərəfi ondan ibarətdir ki, biz hələ çox faydalanacağıq Cənab Prezidentin möhtəşəm, uğurlu, mərd-mərdanə siyasətindən. İlham Əliyev kimi dəyərli şəxsiyyətləri, ziyalılar daha yaxşı bilər təbiət yüz illərlə dünyaya yenidən bəxş etməkdə aciz qalır.

Uğurlu siyasəti, səhvsiz, qüsursuz idarəçilik sistemini biz bu 19 il ərzində canlı olaraq izləyiriq. Günü-gündən yaxşılaşan yaşayış şəraiti, insanların yüksələn maddi rifahı, azad edilmiş torpaqları, qonşularla mükəmməl ünsiyyəti olan bir ölkədə sülh və əminamanlıq şəraitində yaşayırıq.

Heç bir qonşu dövlətlə qərəzli münasibət qurmayan, xaricdən heç bir təhlükə gözləməyən Azərbaycanımız var. Bu gün dünyada baş verən müharibələri, qırğınları, günahsız kütləvi insan ölümlərini, bir çox haqsızlıqları hamımız izləyirik, təbii ki, bu həmin ölkələrin liderlərinin uğursuz siyasətinin nəticəsizdir. Azərbaycan xalqı faciə yaşamış xalqdır, kütləvi günahsız insanlarımız keçmişdə çox həlak olublar, xalqımız öz lideri İlham Əliyevi doğru seçib, ondan möhkəm yapışıb və səhv edib bir daha o qara günləri təkrar yaşamaq istəmir. Keçmişdə, 1993-cu ildən öncə, Azərbaycana rəhbərlik etmiş "siyasətçilər"in hesabına mövcüd olan Ermənistan-Azərbaycan münaqişəsini, biz kökündən Cənab Prezidentin rəhbərliyi altında həll etdik, artıq sülh üçün işlər görürük. Dünyada 100-ə yaxın Ermənistan-Azərbaycan münaqişəsi kimi münaqişələr vardır, uzun illərdi hələ heç biri öz həllini tapmamışdır. Hal-hazırda həmin illərdə Azərbaycanı bərbad vəziyyətə qoyan AXC-Müsavat cütlüyünün tör-töküntüləri hələ də satqın mövqelərindədirlər, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Azərbaycanın imicinə daim "ləkə" yaxmağa çalışırlar həm ölkə daxilində, həm də ölkə xaricində. Uğurlu siyasətimizi qısqanırlar, həzm edə bilmirlər. Özlərinin uğursuzluqları görünür onlarda böyük psixoloji iz buraxıbdır. Yenidən Azərbaycan rəhbərliyinə gəlib, hər şeyi məhv etmək istəyirlər. Təbii ki, Azərbaycan xalqı hər şeyi gözəl bilir, psixoloji durumu bərbad vəziyyətdə olan bu insanlara, imkan verməyəcəkdir çirkin əməllərini bir daha həyata keçirə bilsinlər. Təbii ki, onlarında bu cəhdləri boşa gedəcək, hələ o illərdə, Ulu Öndər Heydər Əliyevin çox zəif durumda olan Azərbaycan dövlətinin başına yeni keçdiyi döməmlərdə heçnə edə bilməyən AXC-Müsavat cütlüyü, indi nə edə biləcək güclənmiş Azərbaycana? O üzdən gedib öz işləriylə məşğul olsalar yaxşı olar, daha faydalı işlər görsələr yaxşı olacaq. Azərbaycan idarəçiliyində onların yeri yoxdur, olmayacaq. Azərbaycan xalqı o xəyanətkar dəstələri tarixin zibil yeşiyinə çoxdan atıbdır, bir daha şans vermək niyyətində də əsla ola bilməz.

Yuxarıda qeyd etdiyim və qeyd edə bilmədiyim Azərbaycan adına olan bütün uğurlu işlər mükəmməl, müqəddəs bir insanın sənət əsəridir, bu dahi şəxsiyyət Prezident İlham Əliyevdir. Dünyaya sülh gətirə biləcək yeganə şəxs odur. Bütün bunlar məhz biz azərbaycanlıların dəyərli varlığı olan, Tanrının bizə bəxş etdiyi İlham Əliyevin əl işidir.

Mircalal Mehdiyev
Lənkəran.