Kərəm Mustafayevin qardaşı vəzifəsindən çıxarıldı

Siyasət
25 Ock 2022
12:25
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Ağdaş rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayevi vəzifəsindən çıxarıb.

“zirvetv.az.” xəbər verir ki, nazirin əmri ilə R.Mustafayev şöbə rəisi vəzifəsindən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, Rasim Mustafayev Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin qardaşıdır.