Pandemiya gömrükdə yükdaşımalara necə təsir edib?

Siyasət
24 Ock 2022
17:20
Pandemiya dövründə Astara Sərhəd Gömrük Keçid Məntəqəsində gündəlik yük həcmi azalmayıb.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov məlumat verib.

O bildirib ki, idxal prosedurlarında yükdaşımaların həcmində pandemiyadan əvvəlki dövrlə müqayisədə kiçik fərq var: "23 yanvar 2019-cu il tarixinə 1 yük maşını, 150 dartıcı, 150 qoşqu ümulilikdə 301 nəqliyyat vasitəsi idxal əməliyyatını həyata keçirib. Dünən, 23 yanvar 2022-ci il tarixinə 2 yük, 143 dartıcı, 143 qoşqu, yəni ümumi 288 nəqliyyat vasitəsi idxal əməliyyatını həyata keçirib. Rəqəmlər arasında çox kiçik fərq var".