Türkiyə və Azərbaycan Prezidentləri Ermənistana sülh əlini uzadıblar

Siyasət
8 Ock 2022
20:03
Türkiyə bundan sonra da qardaş Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcək”.

“zirvetv.az ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ankarada jurnalistlərə müsahibəsində deyib.

Akar bildirib ki, Cənubi Qafqazda Türkiyənin məqsədi uzunmüddətli sülh və sabitlikdir:

“Türkiyə və Azərbaycan Prezidentləri Ermənistana sülh əlini uzadıblar. Ümid edirik ki, bu jest İrəvanda layiqincə qiymətləndiriləcək. Bu, təkcə Azərbaycan və ya Ermənistanı deyil, bütövlükdə regionu narahat edən məsələdir. Cənubi Qafqaz sabitlik adasına çevrilməlidir”.

O, ötən ilin yanvar ayının 30-dan Azərbaycanda Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyət göstərdiyini xatırladıb:

“Biz məsələyə müsbət yanaşırıq. Atəşkəs rejiminin pozulması hallarının sayı azalmaqdadır. Biz sabitliyin daha da yüksək səviyyəsinə ümid edirik. Türkiyə və Rusiyanın birgə addımları dünyaya və uzunmüddətli atəşkəsə töhfə verir”.